× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“Azərbaycanda gəmiçilik: Tarixin səhifələri” adlı sənədli film hazırlanıb

Tanınmış araşdırmaçı-jurnalist Fuad Axundov  Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyinə həsr olunmuş sənədli film hazırlayıb.

“Azərbaycanda gəmiçilik: Tarixin səhifələri” adlı filmdə ölkəmizin zəngin dənizçilik ənənələrinə nəzər salınıb, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik tarixinə işıq salınıb, dənizçi sülalərindən, gəmiçilərin fədakarlığından bəhs olunub.

Həmçinin filmdə son dövrlər Azərbaycanda bu sahədə həyata keçirilən işlər, əldə edilən uğurlar da əksini tapıb.

Film “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə hazırlanıb.