× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Logistika

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tərkibinə nəqliyyat və ixtisaslaşdırılmış donanma ilə yanaşı, “ASCO Logistics” MMC də daxildir.
“ASCO Logistics MMC”-nin əsas fəaliyyəti:
– bütün nəqliyyat növlərinin imkanlarından istifadə olunmaqla müxtəlif yüklərin “Qapıdan qapıya”, başqa sözlə, başlanğıc məntəqəsindən təyinat məntəqəsinə qısa zamanda və təhlükəsiz daşınmasını, habelə yüklərin aralıq və digər məntəqələrdə boşaldılması, saxlanması və qablaşdırılmasını təşkil etmək;
– yükgöndərənlərə yüklərin daşınması üçün ən optimal marşrut təklif etmək, nəqliyyat növünün seçilməsi və digər məsələlərlə bağlı məsləhətlər vermək;
– yüklərin daşınması zamanı tələb olunan sənədləşmə və müşayiət xidmətlərinin, o cümlədən gömrük rəsmiləşdirilməsi, sığorta, gəmi agenti, nəqliyyat, ekspedisiya və digər xidmətlərin göstərilməsini təşkil və təmin etməkdən ibarətdir.

Ünvan: Bakı, Mikayıl Useynov küç. 2.

Əlaqə nömrələri:

+994 12 404 37 92,

+994 12 493 84 02,

+994 12 404 37 00, daxili: 1250

e-mail: office@logistics.asco.az