× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Azərbaycan Dövlət Dəniz Akademiyası - 25 il 

Azərbaycan 1995-ci ildə Beynəlxalq Dəniz Təşkilatına üzv olduqdan sonra ölkədə ali dənizçi kadrların hazırlanması zərurəti ortaya çıxır. Ulu öndər Heydər Əliyev belə bir tədris ocağının yaradılması ilə bağlı Nazirlər Kabinetinə tövsiyə verir. Beləliklə, 1996-ci ilin 15 iyulunda Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan Dövlət Dəniz Akademiyası yaradılır.

Bu gün "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının fəaliyyətə başlamasından 25 il ötür.

ADDA hazırda Beynəlxalq Dənizçilik Ali Məktəbləri Assosiasiyasının üzvüdür. Diplomu Beynəlxalq Dəniz Təşkilatının üzvü olan bütün ölkələrdə tanınır.

Ali təhsil müəssisəsində dörd - Dəniz naviqasiyası mühəndisliyi, Gəmi energetik qurğularının istismarı mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Gəmiqayırma və gəmi təmiri mühəndisliyi ixtisasları üzrə tədris aparılır.

Dərslər ixtisaslaşdırılmış otaqlarda və xüsusi trenajorlarda keçirilir. Tələbələr Akademiyanın Təlim Tədris Mərkəzində də biliklərini inkişaf etdirə bilirlər.

Burada təhsil alanlar pulsuz geyim forması, dərs vəsaiti, gündə iki dəfə yeməklə təmin olunurlar. Şəhərin mərkəzində yerləşən yataqxana isə güzəştli şərtlərlə verilir.

Əlaçı tələbələr dövlət təqaüdü ilə yanaşı, ASCO-nun xüsusi təqaüdünü alırlar.

Akademiyanın məzunları həm Azərbaycan, həm də dünyanın tanınmış gəmiçilik şirkətlərində çalışırlar. 

Bu il həm də ölkəmizdə dənizçilik təhsilin əsasının qoyulmasından 140 il keçir. 1881-ci ildə Azərbaycanda “Bakı dənizçilik siniflərinin təşkili” adı ilə təhsil ocağı fəaliyyətə başlayıb.

ADDA-nın müəllim və tələbə kollektivini təbrik edir, onlara yeni uğurlar arzulayırıq!