× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Gəmiçilikdə aparılan audit uğurla yekunlaşıb

Gəmiçilikdə “Amerika Gəmiçilik Bürosu” tərəfindən TKİS-nin beynəlxalq idarəetmə standartlarına uyğunluğu üzrə keçirilmiş növbəti xarici audit  uğurla başa çatıb.

Noyabrın 11-dən başlayan audit beş gün davam edib. Audit zamanı məlum olub ki, Gəmiçilikdə tətbiq edilib işləyən “Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi”nin (TKİS) hazırkı səviyyəsi İSO 9001 (Keyfiyyət Menecmenti), İSO 14001 (Ekoloji Menecment), İSO 50001 (Enerji Səmərəliyi Menecmenti) və OHSAS 18001 (Peşə Təhlükəsizliyi və Əməyin Mühafizəsi Menecmenti) üzrə beynəlxalq idarəetmə standartlarının uyğunluğuna dair 2015-ci ildə alınmış sertifikata müvafiqdir. Nəticələrə əsasən “ABS” bürosunun Gəmiçiliyə təqdim etdiyi sözügedən beynəlxalq sertifikatın uyğunluğu növbəti bir  il  üçün  məqbul  sayılıb.

Xarici audit ilk gün bilavasitə auditorun təsadüfi seçdiyi  gəmidə, növbəti günlərdə isə Cəmiyyət aparatının aidiyyəti departamentlərində həyata keçirilib. Audit zamanı Cəmiyyətin aparatında və gəmilərdə işin təşkili və sənədləşmənin TKİS-ə və beynəlxalq idarəetmə standartlarının tələblərinə uyğunluq səviyyəsinə baxış keçirilib, müşahidələr müvafiq xidmətlərlə araşdırılaraq təhlil edilib. Yekunda auditin müsbət nəticələnməsi barədə xarici auditor tərəfindən AXDG rəhbərliyi məlumatlandırılıb.