Sorry, you need to enable JavaScript to visit this website.
× Elektron Bilet Daşıma tarifləri Ro-Ro və bərələrin hərəkət qrafiki Podratçıların elektron müraciət forması

Mükafatlandırma Komitəsi

hero_thisisbayer_3200x556

2016-cı ilin 2 sentyabr tarixində təsdiq olunmuş ASCO üzrə “Həvəsləndirmə və Mükafatlandırma Siyasəti”nə əsasən ASCO-nun 2016-cı il 7 dekabr tarixli 220 nömrəli əmri ilə “Strateji hədəflər və KPİ xəritəsi”, “KPİ matrisi”, “KPİ pasportları” qüvvəyə minmiş və qeyd olunan daxili sənədlərə uyğun olaraq həvəsləndirmə və mükafatlandırma prosesini idarə etmək məqsədi ilə ASCO-da Mükafatlandırma Komitəsi (Komitə) yaradılmışdır.  Komitə sədr daxil olmaqla 4 nəfərdən ibarətdir.

Komitənin vəzifələri aşağıdakılardır:

  • Həvəsləndirmə və Mükafatlandırma Siyasətinə uyğun olaraq müvafiq prosedurlarına illik yenidən baxılmasını təşkil edir;
  • Həvəsləndirmə və Mükafatlandırma Siyasəti üzrə müvafiq dəyişikliklərin edilməsi üçün ASCO sədrinə təkliflər verir;
  • Mükafatlandırma büdcəsinin formalaşdırılması zamanı təkliflərini verir;
  • Həvəsləndirmə və Mükafatlandırma sisteminin ASCO-nun strateji hədəflərinə nail olmasına töhfə verməsi üçün onun səmərəliliyinə nəzarət edir və təhlilini həyata keçirir;
  • ASCO-nun həvəsləndirmə və mükafatlandırma metodları və növləri üzrə təkliflərini verir;
  • Həvəsləndirmə və Mükafatlandırma sistemi üzrə edilən təkliflərə baxır, müvafiq hesab edildiyi halda təsdiq üçün ASCO sədrinə təqdim edir.