× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

İdarə Heyətinin üzvləri

Tariyel Taleh oğlu Mirzəyev

Tariyel Taleh oğlu Mirzəyev 1986-cı ildə anadan olub.

O, 2008-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Mühəndis iqtisadiyyatı və idarəetmə” fakültəsini Prezident təqaüdçüsü kimi və Fərqlənmə diplomu  ilə bitirib. 2011-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında “Biznesin təşkili və idarə olunması” ixtisasını  və  2017-2019-cu illərdə Maastrixt İdarəçilik Məktəbi və ADA Universitetinin təşkil etdiyi “Biznesin idarəedilməsi” ixtisasını Fərqlənmə diplomları  ilə bitirərək magistr dərəcəsi alıb. 2020-2021-ci illərdə Oksford Universitetinin “Strategy and İnnovation” proqramını bitirib.

2010-2014-cü illərdə “Ernst&Young” şirkətinin Azərbaycan filialında audit və məsləhətçi xidmətlərində müxtəlif vəzifələrdə çalışıb.

2014-cü ildən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də Strateji inkişaf və investisiya layihələri departamentində aparıcı iqtisadçı, daha sonra departement rəisinin müavini və departament rəisi kimi fəaliyyətini davam etdirib.

2018-ci ildə  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Tariyel Mirzəyev İkinci "Yüksəliş" müsabiqəsinin finalçısı olub.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Tariyel Taleh oğlu Mirzəyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, bir övladı var.