× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

İdarə Heyətinin üzvləri

Zaur Rəsul oğlu Nağıyev

Zaur Rəsul oğlu Nağıyev 10 noyabr 1982-ci ildə anadan olub.

2004-cü ildə Bakı Dövlət Universitetini “Hüquqşünaslıq” ixtisası üzə bakalavr,

2006-cı ildə magistr təhsilini Fərqlənmə diplomu ilə bitirib.

2015-ci ildə Maastrixt İdarəçilik Məktəbi və ADA Universitetinin  təşkil etdiyi “Biznesin idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsi alıb.

2008-ci ildə Böyük Britaniyanın Sauthempton Universitetinin Beynəlxalq dəniz hüququ üzrə intensiv təhsil proqramını bitirib.

2005-2008, 2009-2013 illərdə Birləşmiş Millətlər Təşkilatının ayrı-ayrı təşkilatlarında (UNHCR, WFP və UNICEF) hüquq və idarəetmə sahəsində müxtəlif vəzifələrdə, o cümlədən xarici missiyalarda çalışıb.

2008-2009 və 2013-2014-cü illərdə SOCAR-ın Hüquq idarəsində böyük hüquq məsləhətçisi və sonradan vitse-prezidentin müşaviri vəzifələrində işləyib.

2014-cü ildən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Hüquq departamentinin rəisi vəzifəsində çalışmaqla bərabər, ADA Universitetinin Hüquq fakültəsində və Azərbaycan Dövlət Dəniz Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) beynəlxalq ekspertidir.  

Zaur Nağıyev Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2017-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.

2018-ci ildə isə  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Zaur Rəsul oğlu Nağıyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.