× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

İdarə Heyətinin üzvləri

Cəbrayıl İdris oğlu Mahmudlu

Cəbrayıl İdris oğlu Mahmudlu 1966-cı ildə Yardımlı rayonunun Qabağdibi kəndində anadan olmuşdur. 1990-cı ildə N.A.Voznesenski adına Leninqrad Maliyyə İnstitutunun Bakı filialını, 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.

1990-1993-cü illərdə “28 May” NQÇİ-də maliyyə işləri üzrə iqtisadçı, baş mühasibin müavini, baş mühasib, 1994-cü ildən “Qum adası” NQÇİ-də baş mühasib,1995-ci ildən Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində nəzarət-təftiş şöbəsinin rəisi, 1997-ci ildən “Xəzərdənizneftdonanma” İdarəsində iqtisadiyyat üzrə rəis müavini, 2008-ci ildən Kompleks Qazma İşləri Trestində ümumi məsələlər üzrə rəis müavini, 2014-cü ildən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində sədrin baş müşaviri vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Evlidir, 3 övladı var.