× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

İdarə Heyətinin üzvləri

Nəzrəddin Murad oğlu Əhmədzadə

Nəzrəddin Murad oğlu Əhmədzadə 1982-ci ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 2003-cü ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin bakalavr, 2005-ci ildə magistr pilləsini, 2012-ci ildə hüquq fakültəsini bitirmişdir. 2012-ci ildən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi rəisinin rejim üzrə müavini, 2014-cü ilin iyunundan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin rejim üzrə müşaviri vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr 2014-cü il tarixli Sərəncamı ilə Nəzrəddin Murad oğlu Əhmədzadə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müavini təyin edilmişdir.

Nəzrəddin Əhmədzadə Vətən müharibəsi iştirakçısıdr.  Prezident İlham Əliyevin sərəncamları ilə "Qubadlının azad olunamsına görə",  “Laçının azad olunmasına görə”,  “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı”  medalları ilə təltif olunub.

Evlidir. 2 övladı var.