
Cəlal Həsənağa oğlu Fərəcli
Cəlal Həsənağa oğlu Fərəcli 1967-ci ildə Yardımlı rayonun Lərzan kəndində anadan olmuşdur.
1988-ci ildən Sov.İKP-nin XXII qurultayı adına NQÇİ-də mühasib, iqtisadçı vəzifələrində çalışmışdır. 1991-1993-cü illərdə N.Nərimanov adına NQÇİ-də baş mühasibin müavini, 1993-1995-ci illərdə “Bulla-Dəniz“ NQÇİ-də baş mühasib, 1995-2008-ci illərdə “Xəzərdənizneftdonanma” İdarəsində baş mühasib, İqtisadiyyat və uçot departamentinin rəisi, 2008-2014-cü illərdə “Azneft” İB-in İqtisadiyyat və uçot departamentinin rəisi vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 3 mart 2014-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilmişdir. İqtisad üzrə fəlsəfə doktorudur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir, 3 övladı var.