× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixi “Gənclik” stansiyasının keçidlərində

Bakı Metropolitenində daha bir əhəmiyyətli sosial layihə həyata keçiriləcək.

Mühüm tarixi, sosial-ictimai mövzunu əhatə edən layihə “Bakı Metropoliteni” QSC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin birgə təşkilatçılığı ilə ərsəyə gələcək.

Bu il şanlı tarixə malik Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyini qeyd edir. Əlamətdar hadisə ilə əlaqədar metropolitenin “Gənclik” stansiyasının keçidlərində fotosərgi təşkil ediləcək. Bununla, stansiya keçidlərindən istifadə edən  metro sərnişinləri – paytaxt sakinləri və şəhərimizin qonaqları,  eləcə də mövzu ilə maraqlanan hər kəs Xəzər sularında gəmiçiliyin inkişaf tarixinə virtual səyahətə çıxmaq fürsəti əldə edəcəklər.

Ümumilikdə, Xəzərdə Azərbaycan gəmiçiliyinin salnaməsini canlandıran, müxtəlif dövrləri əhatə edən 90 fotodan ibarət sərgi sentyabrın 10-da açılacaq və bir neçə ay davam edəcək.