Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nümayəndələri beynəlxalq konfransda iştirak edib 23.11.2016 09:43 Noyabrın 21-də Bakıda “Sahildə və Dənizdə Neft Dağılmaları” mövzusunda 4-cü beynəlxalq konfrans keçirilib. Konfransda neft dağılmaları və yayılmalarına qarşı profilaktik və mübarizə tədbirləri mövzularında fikir mübadiləsi aparılıb, həmçinin aidiyyatı idarəetmələrə dair müasir texnologiyalar barədə məruzələr dinlənilib. Azərbaycanı konfransda Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nümayəndələri təmsil ediblər. Tədbirə Türkiyə, Rusiya, Almaniya, Norveç, Belarus, Ukrayna və Qazaxıstandan gəlmiş “Lamor”, “Lukoyl”, “Aerodata”, “Ekoservis-Nefteqaz” kimi nüfuzlu şirkətlərin nümayəndələri də qatılıblar. 2 gün davam edən beynəlxalq konfransda Gəmiciliyin nümayəndələri qurumun fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat veriblər. Sonda konfrans iştirakçıları sərgi ilə yaxından tanış olub, SOCAR-ın Təlim-Tədris Mərkəzi tanış olublar.