× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Ulu Öndər Heydər Əliyev -97

10 may ümummilli lider Heydər Əliyevin doğum günüdür.

Ulu öndər Heydər Əliyev bütün şərəfli ömrünü canından artıq istədiyi Azərbaycana həsr edib. Danılmaz faktdır ki, ölkəmizin indiki siyasi və iqtisadi müstəqilliyi Ulu öndərin ölkəyə rəhbərliyi illərində yaradılmış potensiala əsaslanır.

Dənizçilər də bugün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyini, xüsusən Gəmiçiliyin əsasını təşkil edən nəqliyyat və neft donanmalarını Ulu Öndərin yadigarı saymaqda haqlıdırlar. Ümummilli Liderin iqtisadi siyasətində gəmiçilik xüsusi yer tutur, digər sahələrlə yanaşı, dəniz nəqliyyatı da onun qayğısı ilə inkişaf edirdi. Təsadüfi deyil ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixində Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi və SSRİ-nin ali rəhbərliyində çalışdığı illər donanmalarımın zənginləşməsi və sürətli inkişafı dövrü hesab edilir.

Ulu öndərin ideallarına sadiq qalan dənizçilər hər zaman onu böyük minnətdarlıq və qürurla xatırlayırlar. Məhz, Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə yazılmış “Ulu öndər Heydər Əliyev və milli gəmiçilik siyasəti” kitabı da bu sadiqliyin nəticəsidir.

ASCO-nun təşəbbüsü ilə hazırlanan “Dəniz qüdrətli dahi” sənədli filmində də dahi şəxsiyyətin dəniz nəqliyyatı sahəsinə göstərdiyi qayğı və diqqətdən bəhs edilir. Filmdə Heydər Əliyevin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixində misilsiz rolu və zəhməti diqqətə çatdırılır.

Ümummilli Lider Heydər Əliyevin anadan olması münasibəti ilə ənənəvi keçirilən Yelkənli Qayıq Yarışı da onun xatirəsinə ehtiramın nümunəsidir.

ASCO-nun nəzdində fəaliyyət göstərən və Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycan Dövlət Dəniz Akademiyasında da onun keçdiyi şərəfli ömür yolu daim tələbələrə örnək göstərilir. Dahi şəxsiyyətin anadan olması münasibətilə artıq bir neçə ildir ki, Akademiyada “Dəniz nəqliyyatının inkişaf perspektivləri” mövzusunda tələbə, magistr və gənc tədqiqatçıların elmi konfransı keçirilir.

Ümumiyyətlə, Ümummilli Liderimiz Heydər Əliyevin Gəmiçiliyin qorunub saxlanılmasında və möhkəmləndirilməsində xidmətləri əvəzsizdir.. Bu səbəbdən dahi şəxsiyyət, müdrik rəhbər, böyük siyasətçi Heydər Əliyevin əziz xatirəsi xalqımızın, o cümlədən dənizçilərin qəlbində əbədi yaşayacaq.

Bu videoda Ulu Öndərin Azərbaycanda dənizçilik sahəsinin inkişafı üçün gördüyü işlərdən bəhs edilir.