× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Dənizçilər adından 779 qaçqın və məcburi köçkün ailəsinə sovqat paylanıb

15 iyun Milli Qurtuluş Günü ərəfəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nümayəndələri Gəmiçiliyin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkiblər.

Dənizçilər əslən Xocalı, Kəlbəcər, Laçın, Ağdam, Şuşadan olan və Goranboy rayonunda müvəqqəti məskunlaşan 779 qaçqın və məcburi köçkün ailəsinə, ümumilikdə 3 350 nəfərə zəruri ərzaq məhsullarından ibarət sovqat paylayıblar.

Sovqatları qəbul edən sakinlər onlara hər zaman göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.