× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

DP sertifikatını yeniləmək istəyənlərin nəzərinə!

ASCO-nun Təlim Tədris Mərkəzində 15-19 iyul tarixlərində “Dinamik mövqe saxlama operatorlarının hazırlığı üzrə Revalidasiya və Təkmilləşdirmə/Bacarıqların Qiymətləndirilməsi” kursu (DP Revalidation and DP Refresher and Competency Assessment course) təşkil olunacaq.

Kursa DP sertifikatının vaxtı bitən və ya bitmək üzrə olan (6 ay müddətində) namizədlər müraciət edə bilərlər. 

Sözügedən kursu müvəffəqiyyətlə başa vurmuş dənizçilərə Nautical Institute tərəfindən akkreditasiya edilmiş “DP Revalidation” sertifikatı təqdim olunacaq.

Qeydiyyat üçün aşağıdakı nömrə və ya e-mail ilə əlaqə saxlamağınız xahiş olunur:

E-mail: trainingcenter@asco.az

Tel: +994502439174