Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya Dəniz nəqliyyatı işçiləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər 25.06.2024 13:22 Prezident İlham Əliyevin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə hər il iyunun 25-i Azərbaycan Respublikasında Dənizçi Günü elan olunub. Bununla əlaqədar Dövlət Dəniz və Liman Agentliyinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin kollektivləri Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb. Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının, o cümlədən dənizçilərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.