Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya “Zərifə Əliyeva” gəmi-bərəsi ilə indiyədək 332 səfər həyata keçirilib - VİDEO 27.04.2024 08:41 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) RoPax tipli “Zərifə Əliyeva” gəmi-bərəsi istismarda olduğu iki il ərzində 332 səfər həyata keçirib. Bu səfərlər çərçivəsində gəmi-bərə ilə 305 vaqon, 11780 ədəd yük maşını, 1742 ədəd minik maşını, 11350 nəfər sərnişin daşınıb. Qeyd edək ki, ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan gəmi-bərə 28 aprel 2022-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. Layihəsi RoPax tipli “Azərbaycan” gəmi-bərəsi ilə oxşar olan unikal üzən vasitə ilə eyni vaxtda 100 sərnişin, sistern tipli 56 vaqon və ya 50 yük avtomobili/TIR daşımaq mümkündür.