Xəbərlər

ASCO yeni vakansiyalar elan edib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) kapitan, kapitanın böyük köməkçisi, böyük mexanik, ikinci mexanik vəzifələri üzrə vakansiyalar elan edib. Namizədlər vakansiyalara elektron qaydada 30 aprel 2024-cü ilədək aşağıdakı keçidlər vasitəsilə müraciət edə bilərlər:
Kapitan: https://www.asco.az/az/pages/6/65/vacancy/12533
Kapitanın böyük köməkçisi: https://www.asco.az/az/pages/6/65/vacancy/12539
Böyük mexanik: https://www.asco.az/az/pages/6/65/vacancy/12530
İkinci mexanik: https://www.asco.az/az/pages/6/65/vacancy/12534
Həmçinin ASCO “Aframax” tipli tankerlər üçün də komandir və sıravi heyət üzvlərinin işə qəbulunu davam etdirir. Bu vakansiyalara namizədlər elektron qaydada 05 may 2024-cü ilədək aşağıdakı keçidlər vasitəsilə müraciət edə bilərlər:
“Aframax” tipli gəmiyə komandir heyəti: https://www.asco.az/az/pages/6/65/vacancy/12525
“Aframax” tipli gəmiyə sıravi heyət: https://www.asco.az/az/pages/6/65/vacancy/12526
ASCO yeni alınacaq “Handsyze” tipli quru yük gəmilərində işləmək üçün heyət üzvlərinin (həm komandir, həm də sıravi heyət) də işə qəbulunu elan edib. Namizədlər bu vakansiyalara elektron qaydada 05 may 2024-cü ilədək aşağıdakı keçidlər vasitəsilə müraciət edə bilərlər:
“Handysize” tipli gəmiyə komandir heyəti: https://www.asco.az/az/pages/6/65/vacancy/12551
“Handysize” tipli gəmiyə sıravi heyət: https://www.asco.az/az/pages/6/65/vacancy/12550
Qeyd edək ki, vakansiyalara müraciət zamanı məlumatlar ətraflı doldurulmalı, tələb olunan bütün sənədlər təqdim olunmalıdır.