× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) kollektivi Fəxri Xiyabanı ziyarət edib

Xalqımızın Ulu öndəri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) kollektivi  Fəxri xiyabanı ziyarət edib. Dənizçilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.