× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Təlim Tədris Mərkəzinə növbəti üç ildə DP təlimlərinin keçirilməsi üçün icazə verilib

Böyük Britaniyanın nüfuzlu “The Nautical Institute” təşkilatı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası Publik Hüquqi Şəxsinin (ADDA PHŞ) Təlim Tədris Mərkəzində (TTM) növbəti dəfə akkreditasiyanın yenilənməsi üçün audit keçirib.

Audit zamanı TTM-in standartlara uyğunluğu ilə yanaşı, son üç ildə təşkil olunan Dinamik Mövqe Saxlama (Dynamic Positioning - DP) təlimlərinin sənədləri yoxlanılıb. Yoxlama nəticəsində TTM-in standartlara uyğun fəaliyyət göstərdiyi təsdiqlənib və DP təlimlərinin keçirilməsi üçün Mərkəzə növbəti üç il müddətinə akkreditasiya verilib.

Audit “The Nautical İnstitute”-nin nümayəndəsi kapitan Kuldip Singh Sandhu və Təşkilatın Dəniz və dəniz nəqliyyatı kvalifikasiyası şöbəsinin müdiri Qasim Masood tərəfindən aparılıb.

Qeyd edək ki, “The Nautical Institute” təşkilatı ilk dəfə 2017-ci ildə ASCO-nun Təlim Tədris Mərkəzinə DP təlimlərinin keçirilməsi üçün akkreditasiya verib. Belə ki, “DP Induction” və “DP Simulator” təlimlərinin keçirilməsi üçün akkreditasiya yenilənib, “DP Revalidasiyası və Təkmilləşdirmə/ Bacarıqların Qiymətləndirilməsi” təlimi üçün isə yeni akkreditasiyanın verilməsi uğurla həyata keçirilib.

Hazırda Təlim Tədris Mərkəzi dünyada DP təlimlərinin keçirilməsinə səlahiyyəti olan 80 mərkəzdən biri, Azərbaycanda isə yeganə mərkəzdir.