× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Dənizçilərin II Spartakiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşlarının II Spartakiadasına yekun vurulub.

Spartakiadaya ASCO-nun müxtəlif strukturundan 400 iştirakçı qatılıb. Komandalar ümumilikdə idmanın 7 növü üzrə ( futbol, kəndirdartma, şahmat, dama, nərd, stolüstü tennis, üzgüçülük) güclərini sınayıblar.  Xəzər Dəniz Neft Donanması 81 xalla qalib adını qazanıb. “Bibiheybət” Gəmi Təmiri Zavodu 79 xalla 2-ci, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu 71 xalla 3-cü yeri tutub.

Qaliblər mükafatlandırılıb. Xəzər Dəniz Neft Donanmasının akt zalında keçirilən mükafatlandırılma məraismində çıxış edən ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin rəisi İlqar Oruclu iştirakçılara yarışlarda göstərdikləri fəallığa görə minnətdarlığını bildirib. O qeyd edib ki, belə tədbirlər işçilər arasında idmanın kütləviliyinin təmin və təbliğ olunması baxımından böyük əhəmiyyətə malikdir.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun Həmkarlar İttifaqı Komitəsinin sədri Azad Muradov spartakiadanın hər il keçirilməsinin vacibliyini vurğulayıb. Komitə sədri oyunlarda kişilərlə bərabər, xanımların da fəallıq göstərməsini müsbət hal kimi dəyərləndirib.

Daha sonra Sosial inkişaf və nəqliyyat şöbəsinin İdman üzrə mütəxəssisi İxtiyar Asyabi spartakiadanın gedişatı ilə bağlı fikirlərini bölüşüb və dənizçilərə gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Sonda çıxış edənlər spartakiadanın yüksək səviyyədə təşkil olunmasına görə bütün yarış iştirakçıları adından minnətdarlıqlarını bildiriblər.