Xəbərlər

RoPax tipli “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsindən 3 il ötür
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) RoPax tipli “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsindən 3 il ötür.
Bakı Gəmiqayırma Zavodunda inşa olunan gəmi 1 mart 2021-ci ildə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilib.
Ötən dövrdə bu gəmi-bərə ilə 1154 vaqon, 16907 yük maşını, 3432 minik avtomobili, 17333 sərnişin daşınıb.