Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı toplantı keçirilib 26.01.2024 15:04 Türkiyənin paytaxtı Ankarada Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) Beynəlxalq Assosasiyasının (BA) Hüquqi Şəxslər Birliyinin (HŞB) Ümumi yığıncağı keçirilib. Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Çin, Polşa, Litva, Sinqapur, Ukrayna, Bolqarıstan və Rumıniyanın əlaqədar qurumlarının nümayəndələrinin təmsil olunduğu toplantıda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev də iştirak edib. Ümumi yığıncaqda TBNM BA HŞB-nin işçi qrupunun 2023-cü il üzrə fəaliyyətinin yekunlarına dair hesabat, ötən il üzrə ümumi yükdaşımalar, eyni zamanda bu il üçün yükdaşıma planı məsələləri müzakirə olunub. Müzakirələrdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından səmərəli istifadə edilməsi, bu marşruta daha çox yük axınının cəlb olunmasının zəruriliyi vurğulanıb. Yığıncağın sonunda müvafiq protokol imzalanıb.