× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

“Dəniz” qəzetinin növbəti – 15 may 2019-cu il tarixli nömrəsi işıq üzü görüb.

Bu sayda Ulu öndər Heydər Əliyevin ölkəmizin dəniz nəqliyyatının inkişafındakı misilsiz xidmətlərindən, müasir Azərbaycan dövlətinin memarı və qurucusunun anadan olmasının 96 illiyi münasibəti ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) həyata keçirilən silsilə tədbirlərdən,  sorağı tez-tez cəbhə bölgələrindən gələn dənizçilərimizin Cocuq Mərcanlıya səfərindən, ASCO-da kiber təhlükəsizlik istiqamətində atılan addımlardan, Gəmiçiliyin rəhbərliyinin  Dəniz Nəqliyyatı Donanmasının dənizçiləri ilə görüşündən, Gəmiçilikdə “Təhlükəsizlik Günü”ndən, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun mülki müdafiə məşqindən, Azərbaycanın Dünya Limanlar Konfransında təmsil olunmasından, Xəzər dənizini çirkləndirənlərə qarşı tədbirlərin sərtləşdiriləcəyindən, Türkmənistanın Birinci Xəzər İqtisadi Forumuna hazırlaşmasından, Böyük Vətən müharibəsi veteranlarına göstərilən diqqət və qayğıdan, Azərbaycan Dövlət Dəniz Akademiyası və tabeliyindəki Təlim-Tədris Mərkəzində gerçəkləşdirilən müxtəlif tədbirlərdən, “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu”nun Şərqlə Qərb arasındakı mövcud yolları tamamlayıcı və təhlükəsiz marşruta çevirməsindən, iyunun 11-13-də Bakı Ekspo Mərkəzində XVIII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica 2019” sərgisinin keçiriləcəyindən, Qazaxıstan parlamentinin Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında ötən il avqustun 12-də Aktauda Xəzəryanı dövlətlərin dövlət başçılarının sammitində imzalanmış Sazişi ratifikasiya etməsindən, dünya sularında baş verən qəzalardan, gəmiçiliklə bağlı yeniliklərdən… bəhs edən yazılarla tanış ola bilərsiniz.

Daha ətraflı BURADAN oxuya bilərsiniz.