× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Yeni nəşr olunan “Dənizçilik əlifbası” kitabı ilə uşaqlar sirli-sehirli dənizçi dünyasına səyahət edə biləcəklər

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Korporativ Sosial Məsuliyyəti çərçivəsində uşaqları da daim xüsusi diqqətdə saxlayır, onların maraq dairəsinə uyğun müxtəlif layihələr icra edir.

Belə layihələr içərisində balacaların dünyagörüşlərinin artırılması, maarifləndirilməsi mühüm yer tutur.  Məhz ASCO-nun təşəbbüsü ilə Beynəlxalq Uşaqları Müdafiə Günündə işıq üzü görən “Dənizçilik əlifbası” kitabı da bu məqsədə xidmət edir. 

Dünyada ilk tanker-muzey olan “Suraxanı” gəmi-muzeyinin eksponatları əsasında hazırlanan kitabda dənizçiliyə dair terminlər və onların izahları yer alıb. Nəfis şəkildə çap olunmuş nəşrlə uşaqlar sirli-sehirli dənizçi dünyasına səyahət edə biləcəklər. 

“Dənizçilik əlifbası” “Suraxanı” gəmi-muzeyi uşaqlar üçün silsiləsindən ilk kitabdır. Bu silsilədən digər kitabların da çap olunması nəzərdə tutulub.

Kitabın PDF variantını bu linkə daxil olaraq oxuya bilərsiniz: DƏNİZÇİLİK ƏLİFBASI