× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO gəmi modelçiləri üçün müsabiqə elan edir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) “Heydər Əliyev İli” çərçivəsində gəmi modelçiliyi ilə bağlı müsabiqə elan edir.

Hazırda ölkəmizin gəmiqayırma sənayesi hər növ gəmi tikintisini həyata keçirmək üçün lazımi maddi-texniki təchizatla yanaşı, güclü kadr potensialına malikdir. Mövcud imkanları qoruyub saxlamaqla bərabər, onu yeni təcrübə ilə zənginləşdirmək də əsas məsələlərdəndir. Məhz, gəmi-modelçiliyi müsabiqəsinin əsas məqsədi bu sahəyə maraq göstərənlərin yaradıcılıq stimulunu artırmaq, onlar arasında təcrübə mübadiləsi üçün səmərəli mühit yaratmaqdan ibarətdir.

Odur ki, bütün gəmi modelçilərini müsabiqəyə qoşulmağa dəvət edirik.

Müsabiqənin şərtləri:

Müsabiqəyə həm kreativ, həm də realistik gəmi modelləri qəbul olunur.  

Müsabiqə iki yaş kateqoriyası üzrə təşkil olunur:

10-17 yaş

18 yaşdan yuxarı

Təqdim olunan realistik gəmi modeli üçün minumum miqyas tələbləri:

10-17 yaş - 1:250, 1:300 miqyaslarında

18 yaşdan yuxarı - 1:100, 1:150 miqyaslarında

QEYD: Kreativ kateqoriya üzrə miqyas tələbi yoxdur.

Qaliblərin müəyyənləşdirilməsi:

Qaliblər peşəkar gəmi modelçiləri və gəmiqayırma mütəxəssislərindən ibarət 3 nəfərlik münsif heyəti tərəfindən yaş kateqoriyaları üzrə müəyyənləşəcək.

Qaliblərin mükafatlandırılması:

 

10-17 yaş kateqoriyası üzrə

I yer: 600 manat

II  yer: 400 manat

III yer: 200 manat

 

18 yaşdan yuxarı kateqoriya üzrə

I yer: 1000 manat

II yer: 800 manat

III yer: 500 manat

 

Müsabiqə iştirakçıları soyadı, adı, təvəllüdü, əlaqə nömrəsi, təqdim etdiyi gəmi modelinin adı ilə birlikdə işlərini 15 avqust 2023-cü il tarixinədək təqdim edə bilərlər.

 

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Mikayıl Useynov küçəsi, 2

Əlaqə/Whatsapp

+994 55 280 99 96

012 404 37 00 

(daxili:1244, 1129)