× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-nun saytında “e-nəşrlər” bölməsi yaradılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəsmi internet səhifəsi olan www.asco.az saytında yeni “e-nəşrlər” bölməsi yaradılıb. Bölmədə oxucular Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə bağlı yazılan  kitabların elektron variantı ilə tanış ola bilərlər.

Artıq  “Azərbaycanda gəmiçilik: sənədli tarix” və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi – 160 il”  kitabları bölməyə yerləşdirilib. Bölmə orada yerləşdirilən kitabların daha geniş oxucu kütləsi tərəfindən mütailəsinə şərait yaradacaq.

Gələcəkdə “e-nəşrlər” bölməsinin daha da zənginləşdirilməsi nəzərdə tutulur.