× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

“Dəniz” qəzetinin növbəti – 26 aprel 2019-cu il tarixli nömrəsi işıq üzü görüb.

 

Bu sayda Ukraynanın paytaxtı Kiyev şəhərində “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının ümumi yığıncağında müzakirə olunan məsələlərdən,  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) gəmi və liman vasitələrinin mühafizəsinə xüsusi diqqət yetirilməsindən, Azərbaycanın qısa müddətdə regionun nəqliyyat-logistika mərkəzinə çevrilməsindən, Polşanın Azərbaycanla gəmiqayırma sahəsində əməkdaşlıq etməyə maraqlı olmasından, ASCO-nun Moskvada keçirilən “TransRussia-2019” XXIV Beynəlxalq nəqliyyat-logistika və nəqliyyat texnologiyaları sərgisində təmsil olunmasından, Çin ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dərmir yolu xəttinin “Bir kəmər, bir yol” təşəbbüsü müstəvisində əsas orta dəhliz kimi fəaliyyət göstərməsindən, Azərbaycan Dövlət Dəniz Akademiyasının Tələbə Gənclər və Tələbə Həmkarlar İttifaqı Komitəsinin yeni tərkibinin seçilməsindən, ömrünü Gəmiçiliyə həsr edən yubilyarların uğurlarından, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili ilə bağlı həyata keçirilən mülki müdafiə məşqindən, Xəzərdə ən dərin quyunun qazılmasından, Kür çayında görülən dibdərinləşdirmə işlərindən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ilin birinci yarısında yükaşırmada əldə etdiyi nailiyyətlərdən, gəmilərimizin təmirindən, dünya sularında baş verən qəzalardan, gəmiçiliklə bağlı yeniliklərdən… bəhs edən yazılarla tanış ola bilərsiniz.

Daha ətraflı BURADAN oxuya bilərsiniz.