× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO qardaş Türkiyədə zəlzələdən zərərçəkənlərə dəstək olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) qardaş ölkə Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən zərərçəkənlərə dəstək tədbirlərinə qoşulub. ASCO faciədən zərər çəkmiş şəxslərin zəruri ehtiyaclarının qarşılanması məqsədilə Türkiyəyə çadır, qida məhsulları, gigiyenik vasitələr və gündəlik istifadə olunan digər əşyalardan ibarət humanitar yardım göndərib.

Humanitar yardımı fəlakət zonasına ASCO-nun Türkiyədəki nümayəndəliyinin əməkdaşları çatdırıblar.

ASCO Türkiyədə baş vermiş zəlzələdən zərər çəkən insanlara dəstək məqsədilə həyata keçirilən yardım tədbirlərini davam etdirəcək.

Qeyd edək ki, 6 fevral 2023-cü ildə Türkiyədə çoxsaylı insan ölümü və dağıntılarla müşayiət olunan zəlzələ baş verib.

ASCO ailəsi faciə ilə əlaqədar qardaş Türkiyə dövlətinə və xalqına, o cümlədən həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin qısa zamanda aradan qalxmasını arzulayır.