Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya ASCO yeni vakansiyalar elan edib 01.02.2023 10:42 "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) matros və motorçu vəzifələri üzrə vakansiyalar elan edib. Namizədlər işə qəbul müsabiqəsində müsbət rəy aldıqda Ehtiyat Kadr Bazasına daxil ediləcəklər. Gələcəkdə yaranacaq işçi ehtiyacı məhz Ehtiyat Kadr Bazası hesabına qarşılanacaq. Namizədlər vakansiyalara elektron qaydada 15 fevral 2023-cü il tarixinədək müraciət etməlidirlər. Bu zaman məlumatlar ətraflı doldurulmalı, tələb olunan bütün sənədlər təqdim edilməlidir. Qeyd edək ki, işə qəbul zamanı Azərbaycan Dövlət Dəniz Akademiyası və onun nəzdində fəaliyyət göstərən Azərbaycan Dənizçilik Kollecinin məzunlarına üstünlük veriləcək. Vakant yerlərlə bağlı məlumatlarla ətraflı tanış olmaq üçün aşağıdakı linklərə keçid edə bilərsiniz. Matros: https://www.asco.az/az/pages/6/65/vacancy/12516 Motorçu: https://www.asco.az/az/pages/6/65/vacancy/12515