Vakansiyalar
Seçim zamanı ADDA və ADK məzunlarına üstünlük veriləcək.
| Vakansiya nömrəsi | #309812 |
| Əməyin ödənilmə dərəcəsi | 6 |
| Əmək haqqı və iş şəraitinə görə əlavə ödənişlər | 1055 AZN |
| Əlavə ödənişlər: dəniz, səhra, ağır, zərərli və s. İş şəraitinə görə əmək haqqına əlavələr, sosial ödənişlər və sai | Qanunvericiliyə və əməyin ödənilməsi haqqqında Əsasnaməyə uyğun olaraq |
| Əmək şəraiti | Dəniz |
| İş vaxtının norması | Növbəli iş rejimi / aylıq iş vaxtı normasına uyğun |
| Sığorta təminatı | Var |
| Yataqxana təminatı | Yoxdur |
| İş yerinə çatdırılma | Var |
| Təhsil səviyyəsi | Ali (yanğından mühafizə üzrə) |
| Tələb olunan sertifikatlar | 1. Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat 2. Gəmidə ilk tibbi yardım 3. Yanğınla mübarizə geniş proqram üzrə 4. İzdihamın idarə olunması üzrə hazırlıq |
| Tələb olunan iş stajı | 3 il (Sahə üzrə) |
| Tələb olunan kompüter bilik səviyyəsi | MS Word - yaxşı; MS Excel - yaxşı; Outlook - yaxşı |
| Tələb olunan xarici dil bilik səviyyəsi | Rus dili - yaxşı;İngilis dili - orta |
| Əmək müqaviləsinin müddəti | Müddətldiri |
| Vəzifə (peşə) təlimatı | • Gəmidə yanğın təhlükəsizliyi vəziyyətini, yük əməliyyatları, yük və sərnişinlərin daşınılması həyata keçirilərkən, təmir işləri, açıq alov tətbiqli işlər görülərkən yanğın təhlükəsizliyi vəziyyətini müntəzəm yoxlamaq; yanğına nəzarət orqanı təlimatlarının gəmidə yerinə yetirilməsini təmin etmək və gəminin yola düşməsi üçün yanğın təhlükəsizliyi sənədlərini rəsmləşdirmək; • Vəziyyəti yanğın törənməsinə təhlükə yaradan texniki vəsaitlərin istismarına, habelə, gəminin yanğın təhlükəsizliyi üçün qorxulu işlərə yol verilməməsi üçün tədbirlər görmək. Aşkar olunan pozuntular barəsində dərhal kapitanın baş köməkçisinə, o olmadıqda kapitanın növbə köməkçisinə məlumat vermək, pozuntuların dərhal aradan qaldırılması üçün tədbirlər görmək; • Həyəcan siqnalları üzrə cədvəllərin və davamlılıq uğrunda mübarizə üzrə operativ planların, habelə xüsusi və ümumi təlimlər planlarının tərtib olunmasında iştirak etmək; heyətin yanğın əleyhinə profilaktika üzrə məşğələlər, yanğınsöndürmə təcrübəsi keçirmək, görülən tədbirlərin qeydiyyatını aparmaq; • Yanğın əleyhinə növbə qrafikini aparmaq və yanğın əleyhinə növbə çəkən şəxsləri gəminin yanğın təhlükəsizliyi üzrə təlimatlandırmaq; yanğınəleyhinə ləvazımatların qeydiyyatını aparmaq və onların təmiri üçün tədbir görmək və müəyyən olunan norma həddində onların artırılmasını təmin etmək; yanğın söndürülərkən kapitanının yaxud baş köməkçinin göstərişinə uyğun hərəkət etməklə yanğın qruplarına bilavasitə rəhbərlik etmək. |
| Tələb olunan bilik və bacarıqlar | • Gəminin quruluşunu, dəniz donanması gəmilərində xidmət Nizamnaməsini; donanmanın texniki istismarı qaydalarını; • Yanğınsöndürmə vasitələri, onların quruluşu və onlardan istifadə qaydalarını; yanğınsöndürmə əməliyyatlarının gəmidə həyata keçirilməsi üsulları və yanğından mühafizə qaydalarını; • İstehsalatın, əməyin və idarəetmənin təşkilini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydalarını. |
