× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması

Vakansiyalar

Əməyin ödənilmə dərəcəsi 1
Əmək haqqı və iş şəraitinə görə əlavə ödənişlər 3.61 AZN (saatlıq tarif)
Əlavə ödənişlər: dəniz, səhra, ağır, zərərli və s. İş şəraitinə görə əmək haqqına əlavələr, sosial ödənişlər və sair Qanunvericiliyə və əməyin ödənilməsi haqqqında Əsasnaməyə uyğun olaraq
Əmək şəraiti Normal
İş vaxtının norması Həftəlik iş vaxtı norması - 40 saat; İş vaxtı - saat 08:00-17:00 ; nahar vaxtı - saat 12:00-13:00
Sığorta təminatı Var
Yataqxana təminatı Yoxdur
İş yerinə çatdırılma Var
Təhsil səviyyəsi Peşə-ixtisas
Tələb olunan sertifikatlar Peşə üzrə təlim kursları arzuolunandır
Tələb olunan iş stajı 1 il (Sahə üzrə)
Tələb olunan kompüter bilik səviyyəsi Tələb olunmur
Tələb olunan xarici dil bilik səviyyəsi Tələb olunmur
Əmək müqaviləsinin müddəti Müddətlidir
Vəzifə (peşə) təlimatı • Yükləmə, boşaltma, nəql etdirilmə, yerdəyişməsi onunla əlaqədar konstruksiyaların quraşdırılması üzrə işlərin yerinə yetirilməsində yükgötürmə qabiliyyəti 3-dən 15 tona qədər olan körpülü kranın idarə edilməsi; • Gəmi avadanlıqlarının və hissələrinin, ona uyğun digər yüklərin daşınması, detal, məmulat və birləşmələrin dəzgahda qurulması, quraşdırma mexanizmi və vasitələrinin yerinin dəyişdirilməsi; • Yüklərin yükləmə meydançalarına gətirilməsi və konteyner, paket və altlıqlara yığılması işlərinin yerinə yetirilməsi; • Kranlara təlimatlara uyğun texniki qulluq edilməsi və normal fəaliyyəti üçün lazımi şəkildə saxlanılması.
Tələb olunan bilik və bacarıqlar • Xidmət edilən kran və onun mexanizmlərinin quruluşu və iş prinsipini; Detal, məmulat və birləşmələrin dəzgaha bərkidilməsi üzrə istismar qaydalarını; Xarici görkəminə görə yüklərin kütləsinin müəyyən edilməsi üsullarını; • Müəyyən edilmiş nomenklaturaya və ixtisaslaşmaya uyğun olaraq məhsulların yerləşdirilməsi qaydasını; yüklərin yerləşdirilməsinin texnoloji prosesini; yüklərin yığılması və saxlanılması qaydasını bilməlidir.