× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması

Vakansiyalar

Əməyin ödənilmə dərəcəsi 6
Əmək haqqı və iş şəraitinə görə əlavə ödənişlər 4,48 AZN (saatlıq tarif)
Əlavə ödənişlər: dəniz, səhra, ağır, zərərli və s. İş şəraitinə görə əmək haqqına əlavələr, sosial ödənişlər və sair Qanunvericiliyə və əməyin ödənilməsi haqqında Əsasnaməyə uyğun olaraq
Əmək şəraiti Sahil obyektləri; Ağır və zərəli
İş vaxtının norması Həftəlik iş vaxtı norması - 40 saat; İş vaxtı - saat 08:00-17:00 ; nahar vaxtı - saat 12:00-13:00
Sığorta təminatı Var
Yataqxana təminatı Yoxdur
İş yerinə çatdırılma Var
Təhsil səviyyəsi Peşə-ixtisas
Tələb olunan sertifikatlar Peşə üzrə təlim kursları arzuolunandır
Tələb olunan iş stajı Minimum 1 il (Sahə üzrə)
Tələb olunan kompüter bilik səviyyəsi Tələb olunmur
Tələb olunan xarici dil bilik səviyyəsi Tələb olunmur
Əmək müqaviləsinin müddəti Müddətlidir
Vəzifə (peşə) təlimatı • Dokda xüsusi mürəkkəblikli, böyük ölçülü həcmli seksiyaların, mürəkkəb haşiyəli gəmi ətraflarının sökülməsi, təmiri, yığılması, nişanlanması, yoxlanması, konturlanması, qurulması, çəkilib bağlanması; • Gəmi ətraflarındakı xüsusi mürəkkəblikli konstruktiv əyriliyi olan xarici üz tikişi təbəqələrinin(gəminin arxa hissəsindəki sükan üstü çıxıntının, deydvudun, mortirin və pər vallarının vıkrujkalarının, gəmi ətraflarındakı gil qutularının, yanalma və pər qurğuları təbəqələrinin) dəyişdirilməsi. Müəyyən edilmiş qüsurların aradan qaldırılması ilə gövdə konstruksiyalarının 1.0 Mpa-dan (10 kqq/sm-dən) yuxarı təzyiqlə hidravlik sınaqları; • Gəmidə xüsusi mürəkkəblikli və mühüm gəmi avadanlığı, mebeli, qurğu və əşyalarının məmulatlarının hazırlanması, yığılması və qurulması. Xüsusi mürəkkəblikli karkasların, qurğuların hazırlanması. Briqadaya rəhbərlik.
Tələb olunan bilik və bacarıqlar • Xüsusi mürəkkəblikli haşiyəli olan həcmli seksiyaların, otaqların və qurğuların xüsusi mürəkkəblikli avadanlığının yığılma, qurulma, birləşdirilmə və ardıcıllığını; mürəkkəb qaynaq konstruksiyalarının konstruktiv və texnoloji deformasiyalarının səbəblərini; • Mürəkkəb konstruksiyaların qurulmasının düzgünlüyünün yoxlanılması üsullarını; mürəkkəb konstruksiyaların (özüllər,taxta evlər,üst tikililər və i.a.) qurulmasının düzgünlüyünün üsullarını; dokda və suda böyük gəmilərin vəziyyətinin yoxlanma üsullarını; • Böyük ölçülü tökmə məmulatlarının qurulması və yoxlanması texnologiyası və üsullarını ;zəruri texnoloji sənədləri; Dövlət Registrinin qaydalarını; mürəkkəb nəzarət-ölcü alətləri və qurğularının xüsusiyyətləri və iş rejimlərini; • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını bilməlidir.