× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Vakansiyalar

Seçim zamanı ADDA və ADK məzunlarına üstünlük veriləcək.

Vakansiya nömrəsi #533261
Vakansiyanın adı Strateji inkişaf və investisiya layihələri departamenti-Aparıcı mütəxəssis
Qurumun adı ASCO Aparat
Qurumun ünvanı Bakı şəhəri,Mikayıl Useynov küçəsi 2
Əmək haqqı və iş şəraitinə görə əlavə ödənişlər Təsdiqlənmiş ştat cədvəlinə uyğun
Əlavə ödənişlər: dəniz, səhra, ağır, zərərli və s. İş şəraitinə görə əmək haqqına əlavələr, sosial ödənişlər və sair Qanunvericiliyə və əməyin ödənilməsi haqqında Əsasnaməyə uyğun olaraq
Əmək şəraiti Ofis
Sığorta təminatı Var
İş yerinə çatdırılma Var
Təhsil səviyyəsi Aidiyyəti istiqamət üzrə ali ixtisas təhsili tələb olunur. Müvafiq sahə üzrə magistr dərəcəsi və aidiyyəti sertifikatlara sahib olması arzuolunandır.
Tələb olunan minimum iş stajı Sahə üzrə ən az 3 il iş təcrübəsi
Tələb olunan kompüter bilik səviyyəsi MS Office
Tələb olunan xarici dil bilik səviyyəsi İngilis dilində sərbəst ünsiyyət bacarığı,rus dili biliyi üstünlükdür
Vəzifə (peşə) təlimatı • Cəmiyyətin strateji planının müvafiq dövlət strategiya və proqramlarına uyğunluğuna nəzarət etmək; • ASCO-nun strategiyasının işlənib hazırlanması və onun həyata keçirilməsi prosesində iştirak etmək; • Strateji inkişaf sahəsində müxtəlif layihələri icra etmək; • Bazar araşdırmaları və təhlillər əsasında potensial bazarları, potensial imkan və riskləri müəyyən etmək və bazarın ümumi vəziyyətinin Cəmiyyətin fəaliyyətinə təsirini təhlil etmək; • İnvestisiya layihələrinin təhlilini aparmaq və qərar qəbulu prosesinə yardımçı olmaq; • Strateji əhəmiyyətli müxtəlif maliyyə, kommersiya və aidiyyəti səmərəlilik sahələri üzrə təhlillər aparmaq; • Gəmiçilikdə korporativ idarəetmə istiqamətində müxtəlif layihələri icra etmək; • Müxtəlif aidiyyəti hesabatlar, arayış və təqdimatlar hazırlamaq; • Fəaliyyət sahəsi üzrə yerli və beynəlxalq tədbir və görüşlərdə iştirak etməklə Gəmiçiliyi təmsil etmək; • Müvafiq iclaslarda iştirak etməklə Departamenti təmsil etmək; • Departamentin icrasında olan müxtəlif aidiyyəti məktubları icra etmək; • Departamentdə və Cəmiyyətdə vəzifəcə aşağı pillədə olan komanda yoldaşları ilə daim bilik və təcrübə mübadiləsində olmaq və onların peşəkar inkişafına yardım göstərmək; • Rəhbərliyin digər aidiyyəti tapşırıqlarını icra etmək.
Şəxsi keyfiyyətlər Komanda ilə işləmək bacarığı,özünü inkişaf etdirmək,məqsədyönlülük və nəticəyə meyillilik,stressə qarşı dözümlülük,nizam-intizam,müstəqil işləmək bacarığı
Peşəkar keyfiyyətlər və biliklər üzrə Tələblər • Analitik təhlil • Bazar araşdırmasının aparılması • Strategiya və strateji idarəetmə sahəsi üzrə biliklər • İqtisadi biliklər • Maliyyə və investisiya sahəsi üzrə biliklər • Kommersiya və maliyyə modelləri qurma bacarığı • Kənar məsləhətçi şirkətlərlə işləmə təcrübəsi • Sahəsi üzrə müxtəlif ölçülü layihələrin icrası, iş və layihələrin icra hesabatlarının hazırlanması • Məlumatların təhlili, emalı və rəhbərliyin qərar qəbulu üçün hazırlanması • Təqdimatların hazırlanması • Korporativ idarəetmə, optimallaşma, strateji idarəetmə, səmərəlilik, rəqəmsallaşma, innovasiya və digər bu kimi sahələrdə təşəbbüslər və təkliflər irəli sürmək
Qeyd Göstərilən tələblərə uyğun gələn namizədlərlə vakansiyaya müraciət zamanı qeyd etdikləri elektron poçt (e-mail) vasitəsi ilə əlaqə saxlanılacaqdır.
Vakansiyanın elan olunma tarixi 2026-01-16
Son müraciət tarixi 2026-01-30
CV GÖNDƏRİN