Vakansiyalar
Seçim zamanı ADDA və ADK məzunlarına üstünlük veriləcək.
| Vakansiya nömrəsi | #511161 |
| Vakansiyanın adı | Strateji inkişaf və investisiya layihələri departamenti-Mütəxəssis |
| Qurumun adı | ASCO Aparat |
| Qurumun ünvanı | Bakı şəhəri,Mikayıl Useynov küçəsi 2 |
| Əmək haqqı və iş şəraitinə görə əlavə ödənişlər | Təsdiqlənmiş ştat cədvəlinə uyğun |
| Əlavə ödənişlər: dəniz, səhra, ağır, zərərli və s. İş şəraitinə görə əmək haqqına əlavələr, sosial ödənişlər və sair | Qanunvericiliyə və əməyin ödənilməsi haqqında Əsasnaməyə uyğun olaraq |
| Əmək şəraiti | Ofis |
| Sığorta təminatı | Var |
| İş yerinə çatdırılma | Var |
| Təhsil səviyyəsi | Aidiyyəti istiqamət üzrə ali ixtisas təhsili tələb olunur. Müvafiq sahə üzrə magistr dərəcəsi və aidiyyəti sertifikatlara sahib olması arzuolunandır. |
| Tələb olunan minimum iş stajı | Sahə üzrə ən az 1 il iş təcrübəsi |
| Tələb olunan kompüter bilik səviyyəsi | MS Office |
| Tələb olunan xarici dil bilik səviyyəsi | İngilis dilində sərbəst ünsiyyət bacarığı,rus dili biliyi üstünlükdür |
| Vəzifə (peşə) təlimatı | • Strateji inkişaf sahəsində müxtəlif layihələrdə iştirak etmək; • Bazar araşdırmaları və təhlillər üçün ilkin məlumatları toplamaq; • Müxtəlif aidiyyəti hesabatlar, arayış və təqdimatların hazırlanması üçün məlumatları toplamaq, hazırlamaq və ilkin layihələrin hazırlanmasında iştirak etmək; • İnvestisiya layihələrinin təhlilində iştirak etmək; • Departamentin icrasında olan müxtəlif aidiyyəti məktublar üzrə ilkin layihələri hazırlamaq; • Rəhbərliyin digər aidiyyəti tapşırıqlarını icra etmək. |
| Şəxsi keyfiyyətlər | Komanda ilə işləmək bacarığı,özünü inkişaf etdirmək,məqsədyönlülük və nəticəyə meyillilik,stressə qarşı dözümlülük,nizam-intizam,müstəqil işləmək bacarığı |
| Peşəkar keyfiyyətlər və biliklər üzrə Tələblər | • Analitik təhlil • Bazar araşdırmasının aparılması • Strategiya və strateji idarəetmə sahəsi üzrə biliklər • İqtisadi biliklər • Maliyyə və investisiya sahəsi üzrə biliklər • Kommersiya və maliyyə modelləri ilə işləmək bacarığı • Sahəsi üzrə müxtəlif ölçülü layihələrin icrası, iş və layihələrin icra hesabatlarının hazırlanması • Məlumatların təhlili, emalı və rəhbərliyin qərar qəbulu üçün hazırlanması • Təqdimatların hazırlanması |
| Qeyd | Göstərilən tələblərə uyğun gələn namizədlərlə vakansiyaya müraciət zamanı qeyd etdikləri elektron poçt (e-mail) vasitəsi ilə əlaqə saxlanılacaqdır. |
| Vakansiyanın elan olunma tarixi | 2026-01-16 |
| Son müraciət tarixi | 2026-01-30 |
