Vakansiyalar
Seçim zamanı ADDA və ADK məzunlarına üstünlük veriləcək.
| Vakansiya nömrəsi | #454622 |
| Vakansiyanın adı | İctimaiyyətlə əlaqələr departamenti-Mütəxəssis |
| Qurumun adı | ASCO Aparat |
| Qurumun ünvanı | Bakı şəhəri,Mikayıl Useynov küçəsi 2 |
| Əmək haqqı və iş şəraitinə görə əlavə ödənişlər | Təsdiqlənmiş ştat cədvəlinə uyğun |
| Əlavə ödənişlər: dəniz, səhra, ağır, zərərli və s. İş şəraitinə görə əmək haqqına əlavələr, sosial ödənişlər və sair | Qanunvericiliyə və əməyin ödənilməsi haqqında Əsasnaməyə uyğun olaraq |
| Əmək şəraiti | Ofis |
| Sığorta təminatı | Var |
| İş yerinə çatdırılma | Var |
| Təhsil səviyyəsi | İctimaiyyətlə əlaqələr,jurnalistika və ya kommunikasiya sahəsi üzrə ali təhsil |
| Tələb olunan minimum iş stajı | Kommunikasiya və ya PR sahəsində minimum 3 illik iş təcrübəsi |
| Tələb olunan kompüter bilik səviyyəsi | MS Office,Rəqəmsal kommunikasiya alətləri və sosial media platformalarından istifadə bacarığı |
| Tələb olunan xarici dil bilik səviyyəsi | İngilis dilində sərbəst ünsiyyət bacarığı,rus dili biliyi üstünlükdür |
| Vəzifə (peşə) təlimatı | •Media ilə əlaqələrin qurulması və idarə olunması; •Rəsmi çıxışlar, press-relizlər və digər məlumat xarakterli materialların hazırlanması və yayılması; •Sosial media və rəqəmsal kommunikasiya məzmunlarının hazırlanması, paylaşılması və izlənilməsində iştirak; •İctimai rəyin, media və sosial media fəaliyyətinin monitorinqi və analizi, PR hesabatlarının hazırlanması; •ASCO-nun fəaliyyəti ilə bağlı foto və videomaterialların hazırlanmasında iştirak; •Öz sahəsinə aid müqavilələrin icrasına nəzarət; •İctimaiyyətlə əlaqələr layihələrinin planlaşdırılması və icrasında iştirak; •İctimaiyyətlə əlaqələr departamentinin rəisi tərəfindən verilən digər aidiyəti tapşırıqların yerinə yetirilməsi. |
| Şəxsi keyfiyyətlər | Komanda ilə işləmək bacarığı,özünü inkişaf etdirmək,məqsədyönlülük və nəticəyə meyillilik,stressə qarşı dözümlülük,nizam-intizam,müstəqil işləmək bacarığı |
| Qeyd | Göstərilən tələblərə uyğun gələn namizədlərlə vakansiyaya müraciət zamanı qeyd etdikləri elektron poçt (e-mail) vasitəsi ilə əlaqə saxlanılacaqdır. |
| Vakansiyanın elan olunma tarixi | 2025-11-13 |
| Son müraciət tarixi | 2025-11-27 |
