Vakansiyalar
Seçim zamanı ADDA və ADK məzunlarına üstünlük veriləcək.

Vakansiya nömrəsi | #558691 |
Vakansiyanın adı | Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru |
Qurumun adı | Zığ Gəmi Təmiri və Tikintisi Zavodu |
Qurumun struktur bölməsinin adı | Enerji-mexaniki xidmət |
Qurumun ünvanı | Zığ şossesi 2236 məhəllə |
Əmək şəraiti | Quru |
Əməyin ödənilmə dərəcəsi | Təsdiqlənmiş ştat cədvəlinə uyğun |
Əmək haqqı və iş şəraitinə görə əlavə ödənişlər | Təsdiqlənmiş ştat cədvəlinə uyğun |
Əlavə ödənişlər: dəniz, səhra, ağır, zərərli və s. İş şəraitinə görə əmək haqqına əlavələr, sosial ödənişlər və sair | Qanunvericiliyə və əməyin ödənilməsi haqqında Əsasnaməyə uyğun olaraq |
İş vaxtının norması | Həftəlik iş saat norması : 40 saat Həftəlik iş günləri : 5 gün İş günü davamiyyəti : 8 saat İş saatları: 08 : 00-dan 17 : 00-dək İstirahət günləri :Şənbə-bazar |
Sığorta təminatı | Var |
İş yerinə çatdırılma | Var |
Təhsil səviyyəsi | Peşə - ixtisas təhsili |
Tələb olunan minimum iş stajı | 3 il (sahə üzrə) |
Tələb olunan kompüter bilik səviyyəsi | Tələb olunmur |
Tələb olunan xarici dil bilik səviyyəsi | Tələb olunmur |
Əmək müqaviləsinin müddəti | Müddətli |
Vəzifə (peşə) təlimatı | Gərginliyi 15 kV-dan yuxarı olan müxtəlif tipli yüksək voltlu elektrik maşın və aparatlarının sökülməsi, əsaslı təmiri, yığılması, qurulması və mərkəzləşdirilməsi. Daha mürəkkəb sxemli birinci və ikinci kommutasiyalı və distansion idarə edilən istehsalat sexləri və sahələrinə xidmət edilməsi. Texnoloji avadanlıqların vacib, mürəkkəb və eksperimental sxemlərinin, avtomatik xətlərin mürəkkəb elektrik sxemlərinin, nadir və presizion metal emalı avadanlıqlarının vacib və eksperimental elektrik maşınlarının, elektrik aparatlarının və elektrik sxeminin sazlanması, təmiri və tənzimlənməsi, özüyazan elektrik və elektron cihazlarına xidmət, onların tənzimlənməsi, sazlanması. Elektronika, ultrasəsli, elektronlu, elektroimpulslu qurğuları olan iqnitronlu qaynaqedici aparatlara və tranzistorlu və məntiqi elementlərdə yarımkeçirici qurğulardan istifadə etməklə mürəkkəb sxemlərə xidmət və onların sazlanması. Ölçü transformatorlarının dəqiqlik sinfinin yoxlanılması. Təzyiq altında yağ və qazla doldurulmuş xüsusi boru kəmərlərində kabel xətlərinin təmiri, montajı və sökülməsi işlərinin aparılması. Yüksək voltlu kabel şəbəkələrində epoksid ucların ayrılması, mis və alüminium kabelləri arasında birləşdirici muftaların montajı. Əsaslı təmirdən sonra müxtəlif güclü elektrik mühərriklərinin, aparatlarının və transformatorların kompleks sınağı.Təmir edilmiş elektrik avadanlıqlarının istismara təhvil verilməsi. |
Tələb olunan bilik və bacarıqlar | Müxtəlif güclü və gərginlikli elektrik maşınların, aparatların, cihazların və avtomat xətlərinin müəyyənləşdirilməsi üsulu və qaydalarını; teleidarənin və avtomatik tənzimlənmənin sxemini və onların sazlanması üsullarını; elektron sistemli relenin və cihazların quruluşunu və mürəkkəb konstruksiyasını; elektrik maşın, aparat və cihazların kompleks sınağı qaydalarını; elektrik qidalandırma şəbəkəsində elektrik avadanlıqları və elektrik sxemləri üzrə sənədlərin tərtibi qaydalarını; paylayıcı qurğuların ilkin və ikinci kommutasiyasının elektrik sxemini; yüksək tezlikli blokirovkadan müdafiə hərəkətinin prinsipini; gərginlik stabilizatorlarının, yarımkeçiricilərin, selenli düzləndiricilərin, operativ işıqlandırmanın telemetrik idarəsinin və operativ idarə pultunun sxemini; təhlükəsizlik texnikası qaydalarını. |
Qeyd | Göstərilən tələblərə uyğun gələn namizədlərlə vakansiyaya müraciət zamanı qeyd etdikləri elektron poçt (e-mail) vasitəsi ilə geri dönüş ediləcəkdir. |
Vakansiyanın elan olunma tarixi | 2025-09-26 |
Son müraciət tarixi | 2025-10-10 |