Vakansiyalar
Seçim zamanı ADDA və ADK məzunlarına üstünlük veriləcək.
| Vakansiya nömrəsi | #584400 |
| Vakansiyanın adı | Kapitanın İkinci Köməkçisi |
| Qurumun adı | ASCO gəmiləri |
| Qurumun struktur bölməsinin adı | Üzən heyət |
| Qurumun ünvanı | Bakı şəhəri, Mikayıl Useynov küçəsi 2 |
| Vakansiyanın kateqoriyası | Komandir heyət |
| Əməyin ödənilmə dərəcəsi | Təsdiqlənmiş ştat cədvəlinə uyğun |
| Əmək haqqı və iş şəraitinə görə əlavə ödənişlər | Təsdiqlənmiş ştat cədvəlinə uyğun |
| Əmək şəraiti | Dəniz |
| İş vaxtının norması | Növbəli iş rejimi / aylıq iş vaxtı normasına uyğun |
| Siğorta təminatı | Tibbi sığorta |
| Təhsil səviyyəsi | Ali və ya orta ixtisas dənizçilik təhsili (sahə üzrə) |
| Tələb olunan sertifikatlar | • Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən “TT 3000 t və artıq olan gəmilərdə Kapitanın böyük köməkçisi” işləməsini təsdiq edən “İşçi diplomu”; • Aidiyyəti üzrə quru yük, tanker, bərə və ro-ro gəmilərində işləmək üçün tələb olunan sertifikatlar; • Dənizçinin qeyd kitabçası; • Dənizçinin şəxsiyyət sənədi. |
| DP 2 tipli gəmilərdə tələb olunan minimum iş stajı | Kapitanın ikinci köməkçisi vəzifəsi üzrə ən azı 2 il |
| Tələb olunan kompüter bilik səviyyəsi | MS Office |
| Tələb olunan xarici dil bilik səviyyəsi | İngilis dili (yaxşı), rus dili (orta) ; |
| Əmək müqaviləsinin müddəti | Müddətli |
| Vəzifə (peşə) təlimatı | • Gəminin düzgün və təhlükəsiz istismarı və saxlanılması üçün kapitanın əmrlərini və təlimatlarını yerinə yetirmək; • Göyərtə heyətinin təhlükəsiz və qənaətcil işləməsinə nəzarət və rəhbərlik etmək, məsuliyyəti altında olan bölmələrə və göyərtə mexanizmlərinə nəzarət etmək; • Dənizdə və lövbərdə növbəçəkmə, gəminin təhlükəsiz idarə olunmasını və körpüyə təhlükəsiz yanalmasını təmin etmək; • Ətraf mühitin çirkləndirilməsinin qarşısının alınmasına dair qüvvədə olan qanunlara əməl etmək; • Gəminin üzmə keyfiyyətlərinin və təhlükəsizliyini təmin etmək. |
| Tələb olunan bilik və bacarıqlar | Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində Xidmət Nizamnaməsi; SOLAS-74, STCW-78, MARPOL-73/78, COLREG-72 konvensiyalarını; FSS, LSA, İSPS, İSM məcəllələri və.s; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını bilməlidir. |
| Dalğıc gəmisində iş təcrübəsi | arzuolunan |
| Təhlükəsizlik idarəetmə sistemi üzrə bilik səviyyəsi | yaxşı |
| Vakant ştat sayı | 2 |
| Qeyd | Göstərilən tələblərə uyğun gələn namizədlərlə vakansiyaya müraciət zamanı qeyd etdikləri elektron poçt (e-mail) vasitəsi ilə əlaqə saxlanılacaqdır.Göstərilən tələblərə uyğun gələn namizədlərlə vakansiyaya müraciət zamanı qeyd etdikləri elektron poçt (e-mail) vasitəsi ilə əlaqə saxlanılacaqdır. |
| Vakansiyanın elan olunma tarixi | 2025-05-29 |
| Son müraciət tarixi | 2025-06-26 |
