Sorry, you need to enable JavaScript to visit this website.
× Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Ro-Ro və bərələrin hərəkət qrafiki Podratçıların elektron müraciət forması

Vakansiyalar

hero_thisisbayer_3200x556
Vakansiyanın adı Aşpaz (2-ci kateqoriya)
Qurumun adı Dəniz Nəqliyyat Donanması
Qurumun struktur bölməsinin adı Üzən heyət
Qurumun ünvanı Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi-2236
Vakansiyanın kateqoriyası Komandir heyət
Əməyin ödənilmə dərəcəsi Təsdiqlənmiş ştat cədvəlinə uyğun
Əmək haqqı və iş şəraitinə görə əlavə ödənişlər Təsdiqlənmiş ştat cədvəlinə uyğun
Əlavə ödənişlər : dəniz, səhra, ağır zərərli və s. iş şəraitinə görə əmək haqqına əlavələr, sosial ödənişlər və s Ezamiyyət xərcləri əvəzinə günlük ödəniş ( USD ilə)
Əmək şəraiti Dəniz
İş vaxtının norması Növbəli iş rejimi / aylıq iş vaxtı normasına uyğun
Siğorta təminatı Tibbi sığorta
Təhsil səviyyəsi Peşə təhsili (sahə üzrə)
Tələb olunan sertifikatlar • Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən “Aşpaz” işləməsini təsdiq edən “İşçi diplomu”; • Aidiyyəti üzrə quru yük və tanker gəmilərində işləmək üçün tələb olunan sertifikatlar; • Dənizçinin qeyd kitabçası; • Dənizçinin şəxsiyyət sənədi.
Tələb olunan minimum iş stajı Aşpaz peşəsi üzrə ən azı 3 il
Tələb olunan kompüter bilik səviyyəsi Tələb olunmur
Tələb olunan xarici dil bilik səviyyəsi Rus dili (yaxşı) ; İngilis dili (arzuolunandır)
Hərbi xidməti Vacibdir
Əmək müqaviləsinin müddəti Müddətli
Vəzifə (peşə) təlimatı • Zəruri təchizatlar və kabinə ehtiyatları üzrə müvafiq müraciətlərin vaxtında hazırlanması; • Kambuz sahəsini və anbarları təftiş etmək və çatışmazlıqları bildirmək və onların aradan qaldırılması üçün tədbirlərin görülməsi; • Balanslaşdırılmış və qidalandırıcı menyunun planlaşdırılması və hazırlanması; yeməklərin hazırlanması və bişirilməsi; yeməyin servis edilməsinə nəzarət edilməsi; istifadə edilməmiş bişirilmiş yemək və ehtiyatların konservasiyasının idarə olunması; • Anbar otaqlarının və stokun mühafizəsinin təmin edilməsi; Limana giriş / yola düşmə sənədlərinin (gəminin ehtiyatlara dair siyahısı) doldurulması üçün tələb olunan bütün informasiyaların verilməsi və növbəti günlərdə istifadə üçün ehtiyatların müəyyən edilməsi; yerlərin, dar keçidlərin, salonların, kayut – kompaniyaların, kambuzların, anbarların və bufetlərin təmizliyinə nəzarət edilməsi.
Tələb olunan bilik və bacarıqlar Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində Xidmət Nizamnaməsində “Aşpaz” peşəsinə aid bütün tələbləri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını bilməlidir.
Vakant ştat sayı 1
Qeyd Göstərilən tələblərə uyğun gələn namizədlərlə vakansiyaya müraciət zamanı qeyd etdikləri elektron poçt (e-mail) vasitəsi ilə əlaqə saxlanılacaqdır.
Vakansiyanın elan olunma tarixi 2021-09-21
Son müraciət tarixi 2021-10-21
CV GÖNDƏRİN