Sorry, you need to enable JavaScript to visit this website.
× Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Ro-Ro və bərələrin hərəkət qrafiki Podratçıların elektron müraciət forması

Vakansiyalar

hero_thisisbayer_3200x556
Vakansiyanın adı Böyük mexanik
Qurumun adı Dəniz Nəqliyyat Donanması
Qurumun struktur bölməsinin adı Üzən heyət
Qurumun ünvanı Bakı şəhəri, Zığ şossesi-2236
Vakansiyanın kateqoriyası Komandir heyət
Əməyin ödənilmə dərəcəsi 14
Əmək haqqı və iş şəraitinə görə əlavə ödənişlər 1150 AZN ( vəzifə maaşı) 500 AZN (vəzifə maaşına əlavə)
Əlavə ödənişlər : dəniz, səhra, ağır zərərli və s. iş şəraitinə görə əmək haqqına əlavələr, sosial ödənişlər və s Ezamiyyət xərcləri əvəzinə günlük ödəniş - 37 USD (vergidən azad)
Əmək şəraiti Dəniz
İş vaxtının norması Növbəli iş rejimi / aylıq iş vaxtı normasına uyğun
Siğorta təminatı Tibbi sığorta
İş yerinə çatdırılma Var
Təhsil səviyyəsi Ali və ya orta ixtisas dənizçilik təhsili (sahə üzrə)
Tələb olunan sertifikatlar •Böyük mexanikin işçi diplomu (Dövlət Dəniz Agentliyi tərəfindən verilir) • Dənizçi pasportu (Dənizçinin qeyd kitabçası) • SOLAS (Yanğınla mübarizə üzrə geniş proqram; sürətli olmayan qayıq və sallar üzrə mütəxəssis; neft və kimyəvi maddələri daşıyan tankerlərdə yük əməliyyatlarına dair ilkin hazırlıq; neft tankerlərində yük əməliyyatlarına dair geniş proqram üzrə hazırlıq; təhlükəli və zərərli yüklərin daşınması, böhran zamanı idarəetmə və insan davranışı üzrə hazırlıq; izdihamın idarəolunması üzrə hazırlıq; sərnişinlərin, yükün və gövdənin təhlükəsizliyi üzrə hazırlıq) • Gəmidə ilk tibbi yardım • Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat • Əmniyyətli idarəetmə üzrə beynəlxalq məcəllə • Maşın şöbəsinin resurslarının idarə edilməsi • Liderlik və birgə iş fəaliyyəti • Gəmi mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı • İxtisasartırma və təkmilləşdirmə kursları
Tələb olunan minimum iş stajı Minimum 3 il (sahə üzrə)
Tələb olunan kompüter bilik səviyyəsi MS Office
Tələb olunan xarici dil bilik səviyyəsi Rus və İngilis dilləri (orta səviyyədə)
Hərbi xidməti Vacibdir
Əmək müqaviləsinin müddəti Müddətli
Vəzifə (peşə) təlimatı • Gəminin gövdəsi və texniki vasitələrinin istismar qaydalarına, gəmini inşa edən zavod tərəfindən təsdiq edilmiş digər normativ sənəd və təlimatlara uyğun olaraq texniki istismarına nəzarəti həyata keçirir; • Gəmiyə texniki xidmət və onun təmiri üzrə işləri planlaşdırır; bütün maşın şöbələrində yanğından mühafizə qaydalarına əməl olunmasının, tabeliyində olan heyət üzvlərinin gəminin davamlığı uğrundan mübarizəyə hazırlığını təmin edir; • Gəminin bütün hissələri üzrə təmir cədvəllərinin vaxtında tərtib edilməsinə, sahil müəssisələri, gəmi təmir briqadaları və gəmi mütəxəssisləri tərəfindən görülən işlərin keyfiyyətinə nəzarət edir; gəminin qəza vasitələri, ləvazimat, material, dəyişək-ehtiyat hissələri ilə vaxtında təchizatını, yanacaq, sürtgü yağı və mexaniki qurğunun tələbatı üçün alınmış suyun düzgün saxlanması, məsrəfi və uçotunu təmin edir; • Gəmi limana daxil olan və limandan çıxan zaman yanalma əməliyyatları yerinə yetirilərkən mexaniki qurğunun idarəsinə şəxsən rəhbərlik edir; körpücükdən verilən sərəncamların tez yerinə yetirilməsini, texniki tədrisin keçirilməsinin planlaşdırılmasını, maşın jurnalındakı gündəlik qeydlərin yoxlanılmasını və onun kapitana imzalanmağa təqdim edilməsini, gəminin gövdəsi və texniki vasitələrinin texniki istismarı və texniki vəziyyəti üzrə hesabat sənədlərinin aparılmasını təmin edir.
Tələb olunan bilik və bacarıqlar Donanma üzrə texniki istismar, texniki xidmət və təmirə aid rəhbər sənədləri, əmrləri, qaydaları və sərəncamları, gəmilərdəki maşın qurğularının və başqa avadanlıqların istehsal güclərini, texniki xüsusiyyətlərini, gəminin inşası sahəsində, donanmanın texniki təchizatında, donanmanın texniki istismarında və gəmi təmirində qabaqcıl nailiyyətləri; iqtisadiyyatı, əməyin və idarəetmənin təşkilini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını bilməlidir.
Vakant ştat sayı 5
Vakansiyanın elan olunma tarixi 31.08.2020
Son müraciət tarixi 30.09.2020