Xəbərlər ASCO Ramazan bayramı münasibəti ilə məcburi köçkün ailələrini bayram sovqatı ilə sevindirib 25.05.2019 16:21 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nümayəndələri bütün müsəlman dünyasının müqəddəs bayramlarından olan Ramazan bayramı ərəfəsində Gəmiçiliyin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkiblər. Dənizçilər həmişə olduğu kimi, bu dəfə də əslən Xocalı, Kəlbəcər, Laçın, Ağdam, Şuşadan olan və Goranboy rayonunda müvəqqəti məskunlaşan 779 qaçqın və məcburi köçkün ailəsinə, ümumilikdə 3350 nəfərə zəruri ərzaq məhsullarından ibarət bayram sovqatı paylayıblar. Bayram sovqatlarını qəbul edən sakinlər onlara hər zaman göstərilən yüksək qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və ASCO-nun rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, bayram arzularını dilə gətiriblər.