× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Müşahidə Şurasının üzvləri

Tural Əlisurət oğlu Məmmədov

Tural Əlisurət oğlu Məmmədov 1986-cı ildə anadan olub. Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər üzrə bakalavr, Böyük Britaniyanın Exeter Universitetində Maliyyə və menecment üzrə magistratura təhsili alıb.  

Böyük Britaniyanın “Imperial College London” ali təhsil müəssisəsinin Biznesin idarə edilməsi (MBA) üzrə magistr proqramını bitirib.  

Tural Məmmədov əmək fəaliyyətinə 2012-ci ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) kommersiya məsələləri üzrə məsləhətçi kimi başlayıb.  

2014-2020-ci illərdə “BP”nin London ofisində “Şahdəniz-2” və “Azəri-Mərkəzi-Şərqi” layihələrində xərclər üzrə baş mühəndis kimi çalışıb.  

2020-2022-ci illərdə “SOCAR Trading” şirkətinin London ofisində maliyyə məsləhətçisi, 2022-2025-ci illərdə isə “PwC” şirkətinin London ofisində “Kapital layihələr və kommersiya təminatı” biznes bölməsində baş menecer kimi fəaliyyət göstərib.  

Tural Məmmədov 2025-ci ildə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin baş layihə inzibatçısı – Layihələrin idarəolunması departamentinin direktoru təyin olunub.