× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Müşahidə Şurasının üzvləri

Taylan Soysal oğlu Tekeli

Taylan Soysal oğlu Tekeli 1980-ci ildə anadan olub. Böyük Britaniyanın Aston Universitetində Elektron Biznes (E-Business) üzrə magistratura təhsili alıb. O, həmçinin Fransanın HEC Paris ali təhsil müəssisəsində Maliyyə üzrə İcraçı Magistr (Executive Master) proqramını bitirib.

Taylan Tekeli, eyni zamanda CIMA (Chartered Institute of Management Accountants) üzrə peşəkar maliyyə ixtisasına malikdir.

Taylan Tekeli telekommunikasiya sənayesində 20 ilə yaxın beynəlxalq iş təcrübəsinə sahibdir. O, Avropa, Afrika və Mərkəzi Asiyada “Vodafone” və “Telia Company” kimi aparıcı beynəlxalq telekommunikasiya şirkətlərində maliyyə rəhbəri olaraq çalışıb.

Taylan Tekeli 2025-ci ildə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin baş maliyyə inzibatçısı – Maliyyə departamentinin direktoru təyin olunub.