
Şahin Tofiq oğlu Babayev
Şahin Tofiq oğlu Babayev 1988-ci ildə anadan olub. 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb.
Şahin Babayev 2011-ci ildə Sumqayıt Texnologiyalar Parkında çalışıb. 2012-2021-ci illərdə Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində işləyib. 2021-ci ildə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri təyin olunub. 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
Şahin Babayev Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür.
Şahin Babayev Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 mart tarixli Sərəncamı ilə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin icraçı direktoru təyin olunub.