Rəhman Dursun oğlu Hümmətov
1977-ci ildə anadan olub.
1998-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu “Biznesin təşkili və idarə olunması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
2000-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Magistratura bölməsini “Mühəndis iqtisadiyyatı və idarəetmə” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspirantura bölməsini bitirərək hüquq elmləri namizədi alimlik dərəcəsini almışdır.
1998-2008-ci illərdə Azərbaycan Respublikasının Milli Bankında müxtəlif vəzifələrdə işləyib.
2006-2016-cı illərdə Azərbaycan Respublikası Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun İcraçı direktorunun müavini vəzifəsində çalışıb.
2016-2018-ci illərdə “Azərbaycan İpoteka Fondu” ASC-nin İdarə Heyətinin üzvü olub.
Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib.
Rus, ingilis və türk dillərini bilir.
Ailəlidir.