× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Müşahidə Şurasının üzvləri

Xəyyam Məmmədov

1975-ci ildə Moskva şəhərində anadan olmuşdur.

1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub, 1997-ci ildə həmin fakültəni hüquqşünas ixtisası üzrə bitirmişdir. Hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət İdarəçiliyi ixtisası üzrə dissertantıdır.

1997-2019-cu illərdə bir neçə xarici investisiyalı şirkətlərin törəmə müəssisələrində hüquqşünas, insan resursları, inzibati məsələlər üzrə departament rəhbəri, baş direktorun müavini və rəhbəri vəzifələrində, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatında aparıcı mütəxəssis, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatında şöbə müdiri vəzifələrində çalışmışdır.   

2020-ci ildə Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini təyin edilib. 

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli Sərəncamına əsasən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Müşahidə Şurasının üzvü təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 may tarixli Sərəncamına əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Müşahidə Şurasının üzvü təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli Sərəncamına əsasən "Azərsığorta" ASC-nin Direktorlar Şurasının üzvü təyin olunub.

Ailəlidir, 2 övladı var.