Samir Rauf oğlu Şərifov
7 sentyabr 1961-ci ildə anadan olub. 1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin “Beynəlxalq əlaqələr və beynəlxalq hüquq” fakültəsinin “Beynəlxalq iqtisadi əlaqələr” bölməsini bitirərək magistr dərəcəsini alıb.
1983-1991-ci illərdə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində Bakıda və Yəmən Xalq demokratik Respublikasında iqtisadçı, 1991-1995-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini vəzifələrində işləyib.
1995-2001-ci illərdə Azərbaycan Respublikası Milli Bankında, Departament Direktoru, Baş Direktor, 2001-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru kimi çalışıb.
2006-cı il aprel ayından Azərbaycan Respublikasının maliyyə naziridir.
Eyni zamanda Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktordur.
2003-2006-cı illərdə Mineral Ehtiyatların Hasilatı İlə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyanın sədri olub.
Evlidir, üç övladı var.