İdarə Heyətinin üzvləri

- Haqqımızda
- Strateji hədəflər, missiya və dəyərlər
- Struktur
- Müşahidə Şurasının üzvləri
- İdarə Heyətinin üzvləri
- Hesabatlar
-
Korporativ idarəetmə
- Ümumi yığıncaq
- Müşahidə Şurası
- Müşahidə Şurasının komitələri
- İdarə heyəti
- İdarə heyəti yanında komitələr
- İctimai Məsləhətləşmələr Şurası
- Daxili audit və nəzarət
- Korporativ İdarəetmə Məcəlləsi
- Məlumatların açıqlanması
- Korrupsiya ilə mübarizə və biznes etikası
- ASCO-nun Korrupsiyaya Qarşı Mübarizə Siyasəti
- Biznes etikası məcəlləsi
- Korporativ sosial məsuliyyət
- Partnyorlarımız
- Beynəlxalq sertifikatlar və akkreditasiyalar
- Konfidensiallıq
- Qanunvericilik

Nəzrəddin Murad oğlu Əhmədzadə
Nəzrəddin Murad oğlu Əhmədzadə 1982-ci ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur.
2003-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin bakalavr pilləsini, 2005-ci ildə həmin fakültənin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildə isə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasının Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
2017-2012-ci illərdə hüquq-mühafizə orqanlarında çalışmış, 2012-2013-cü illərdə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi rəisinin rejim üzrə müavini, 2014-cü ilin iyun ayından sentyabr ayınadək “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin rejim üzrə müşaviri vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr 2014-cü il tarixli Sərəncamı ilə Nəzrəddin Murad oğlu Əhmədzadə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müavini təyin edilmişdir.
Nəzrəddin Əhmədzadə 2009-cu ildə "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919–2009)" yubiley medalı, 2014-cü ildə "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919–2014)" yubiley medalı, 2018-ci ildə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)" yubiley medalı, 2023-cü ildə “Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı ilə təltif olunmuşdur.
O, Vətən müharibəsi iştirakçısıdr. Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı müvafiq sərəncamlarla "Qubadlının azad olunmasına görə", “Laçının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülmüşdür. Bundan başqa, 2022-ci ildə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir, iki övladı var.