Müşahidə Şurasının üzvləri

- Haqqımızda
- Strateji hədəflər, missiya və dəyərlər
- Struktur
- Müşahidə Şurasının üzvləri
- İdarə Heyətinin üzvləri
- Hesabatlar
-
Korporativ idarəetmə
- Ümumi yığıncaq
- Müşahidə Şurası
- Müşahidə Şurasının komitələri
- İdarə heyəti
- İdarə heyəti yanında komitələr
- İctimai Məsləhətləşmələr Şurası
- Daxili audit və nəzarət
- Korporativ İdarəetmə Məcəlləsi
- Məlumatların açıqlanması
- Korrupsiya ilə mübarizə və biznes etikası
- ASCO-nun Korrupsiyaya Qarşı Mübarizə Siyasəti
- Biznes etikası məcəlləsi
- Korporativ sosial məsuliyyət
- Partnyorlarımız
- Beynəlxalq sertifikatlar və akkreditasiyalar
- Konfidensiallıq
- Qanunvericilik

Toğrul Nurəddin oğlu Quluzadə
Toğrul Nurəddin oğlu Quluzadə 1989-cu ildə anadan olub. Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr və Riqa Ali Hüquq Məktəbində Beynəlxalq kommersiya hüququ üzrə, daha sonra isə Belçikanın Gent Universitetində Beynəlxalq və Avropa İttifaqı biznes hüququ üzrə magistratura təhsili alıb.
Toğrul Quluzadə həm yerli, həm də beynəlxalq şirkətlərdə, o cümlədən BHM Hüquq Şirkəti və Bakı Şəhər Halqası Əməliyyat Şirkətində (Formula-1 Azərbaycan) hüquq meneceri, “Aqrar Təchizat və Tədarük” ASC və “Azərbaycan Sənaye Korporasiyası” ASC-də Hüquq departamentinin direktoru vəzifəsində işləyib.
Toğrul Quluzadə, həmçinin BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasında tədqiqatçı kimi fəaliyyət göstərib. O həm də ADA Universitetinin müəllimidir.
Toğrul Quluzadə hazırda Niderlandın Leyden Universitetində Korporativ hüquq, Beynəlxalq investisiya hüququ və Arbitraj hüququ sahələri üzrə, hüquq elmləri üzrə fəlsəfə doktoru namizədidir. O, London Beynəlxalq Arbitraj Məhkəməsi və Vyana Beynəlxalq Arbitraj Mərkəzində arbitr hakimi və Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür.
Toğrul Quluzadə 2025-ci ildə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin baş hüquq inzibatçısı – Hüquq departamentinin direktoru təyin olunub.