Вакансии
Seçim zamanı ADDA və ADK məzunlarına üstünlük veriləcək.
 
												
											| Vakansiya nömrəsi | #232721 | 
| Vakansiyanın adı | Böyük Krançı | 
| Qurumun adı | Bibiheybət Gəmi Təmiri Zavodu | 
| Qurumun struktur bölməsinin adı | 351 və 806 saylı üzən tərsanələr | 
| Qurumun ünvanı | Bakı şəhəri,Cənub buxtası 3 | 
| Əmək şəraiti | Dəniz | 
| Əməyin ödənilmə dərəcəsi | Təsdiqlənmiş ştat cədvəlinə uyğun | 
| Əmək haqqı və iş şəraitinə görə əlavə ödənişlər | Təsdiqlənmiş ştat cədvəlinə uyğun | 
| Əlavə ödənişlər: dəniz, səhra, ağır, zərərli və s. İş şəraitinə görə əmək haqqına əlavələr, sosial ödənişlər və sair | Qanunvericiliyə və əməyin ödənilməsi haqqında Əsasnaməyə uyğun olaraq | 
| İş vaxtının norması | Həftəlik iş saat norması : 40 saat Həftəlik iş günləri : 5 gün İş günü davamiyyəti : 8 saat İş saatları: 08 : 00-dan 17 : 00-dək İstirahət günləri :Şənbə-bazar | 
| Sığorta təminatı | var | 
| İş yerinə çatdırılma | var | 
| Təhsil səviyyəsi | Peşə təhsili | 
| Tələb olunan minimum iş stajı | 3 il (sahə üzrə) | 
| Tələb olunan kompüter bilik səviyyəsi | tələb olunmur | 
| Tələb olunan xarici dil bilik səviyyəsi | rus dili biliyi arzuolunandır | 
| Hərbi xidməti | Hərbi biletin təqdim edilməsi zəruridir | 
| Əmək müqaviləsinin müddəti | Müddətli | 
| Vəzifə (peşə) təlimatı | Mürəkkəb işlərdə ehtiyatlı olmağı tələb edən yüklərin yüklənməsi, boşaldılması və yerdəyişməsi; Texnoloji avadanlıqlar və onlarla əlaqədar konstruksiyaların quraşdırılması; Məmulat, aqreqat, qovşaq, maşın və mexanizmlərin stapelli və sexsiyalara yığılması və sökülməsi ilə əlaqədar işlərin yerinə yetirilməsi; Mütəmadi olaraq kranda profilaktik işlərin aparılması və müvafiq qaydada “kran” jurnalında qeydlərin aparılması; Aşkar olunan çatışmazlıqların aradan qaldırılması istiqamətində işin qurulması; Bütün stropların hazırlanması üçün ÜTQ-nun rəisinə vaxtaşırı sifarişlərin verilməsi; Kranlara təlimatlara uyğun texniki qulluq edilməsi və normal fəaliyyəti üçün lazımi şəkildə saxlanılmasını təmin etmək. | 
| Tələb olunan bilik və bacarıqlar | Xidmət edilən kran və onun mexanizmlərinin quruluşu və iş prinsipini, texniki istismar qaydalarını; Kran, tros və zəncirlərin yükgötürmə qabiliyyətini; Müxtəlif yüklərin yerdəyişmə üsullarını; Kranın texnoloji avadanlıqlarının quraşdırılmasını; Xarici görkəminə görə yüklərin kütləsinin müəyyən edilməsi üsullarını; Xidmət edilən sahələrin yerləşməsini; Yüklərin yerləşdirilməsinin texnoloji prosesini; Yüklərin yığılması və saxlanılması qaydasını, elektrotexnikanı və çilingər işini bilmək. | 
| Qeyd | Göstərilən tələblərə uyğun gələn namizədlərlə vakansiyaya müraciət zamanı qeyd etdikləri elektron poçt (e-mail) vasitəsi ilə əlaqə saxlanılacaqdır. | 
| Vakansiyanın elan olunma tarixi | 2025-09-08 | 
| Son müraciət tarixi | 2025-09-22 | 
